Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.
Türkiyə Super Liqa təmsilçilərindən “Qalatasaray” ciddi itki ilə üzləşib.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Bakupost.az Apasport.az-a istinadən xəbər verir ki, “sarı-qırmızılar”ın müdafiəçisi Abdulkerim Bardakçı sıradan çıxıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı müdafiəçinin sol ayaq biləyindəki sümüklərdə ödəm (mayenin həddindən artıq yığılması) və ayaq biləyi bağlarında gərilmə aşkarlanıb.
Super Liqada “Eyüpspor”la matçda zədə alan Abdulkerim 1 ay yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Qalatasaray" "Eyüpspor"la heç-heçə edib - 2:2.