futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Arsenal”ın və Braziliya yığmasının vingeri Qabriel Martinelli karyerasını Türkiyədə davam etdirə bilər.
Futbolpress.az xəbər verir ki, tanınmış jurnalist Canluka di Marsionun yaydığı məlumata görə, 25 yaşlı futbolçu “Qalatasaray”ın hədəfindədir. İstanbul təmsilçisi bundan əvvəl “Milan”dan Rafael Leaunu transfer etməyə cəhd göstərmişdi.
Martinelli ötən mövsüm “topçular”ın heyətində bütün turnirlərdə 53 matçda meydanda olub, 11 qol vurub və 7 məhsuldar ötürmə müəllifi olub.
Braziliyalı vinger DÇ-2026-da isə keçirdiyi 4 qarşılaşmada 1 dəfə fərqlənib.