“Qalatasaray”ın hücumçusu zədəsini sağaldıb

26.09.2025

Icma.az, Apasport portalına istinadən məlumat yayır.

"Qalatasaray"ın hücumçusu Viktor Osimhen zədəsini sağaldıb.

Apasport.az xəbər verir ki, nigeriyalı futbolçu bu gün komanda ilə birgə məşqə çıxıb.

26 yaşlı forvard Super Liqanın sabah keçiriləcək “Alanyaspor”la səfər oyununa heyətə daxil edilib.

Ulduz futbolçunun Çempionlar Liqasının qrup mərhələsində “Liverpul”la matça qədər tam hazır olacağı gözlənilir.

Qeyd edək ki, Viktor Osimhen bu mövsüm “Qalatasaray”ın heyətində meydana çıxdığı 3 rəsmi görüşdə 2 qolla yadda qalıb.

“Liverpul” futbolçusunu cəzalandırıb - 2 həftəlik maaşı verilməyəcək "Fənərbaxça"da kritik iclas: Saran Tedesko ilə görüşür “Siti” və “Arsenal” 1/8 finalda Məşhur baş məşqçinin evi qarət olunub “El Klasiko”nun vaxtı bəlli oldu
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью