Qalatasarayın İkardi planı

09.11.2024

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Qalatasaray" hücumçusu Mauro İkardinin müqaviləsi dondurula bilər. Sport24.az "Milliyet"ə istinadən xəbər verir ki, buna onun ciddi zədə səbəbindən mövsümü erkən başa vurmasıdır.

Klub legioner limiti tələbini qarşılamaq üçün argentinalının müqaviləsində dəyişiklik etməyi düşünür. İstanbul təmsilçisinin rəhbərliyi qış "transfer pəncərəsi"ndə heyətə yeni hücumçu qatmağı planlaşdırır.

Qeyd edək ki, argentinalı forvardın Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Tottenhem"ə qarşı (3:2) matçda çarpaz bağları qırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью