futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
“Reyncers”in hücumçusu Yusif Çermiti ağır zədə alıb.
Futbolpress.az xəbər verir ki, bu barədə Şotlandiya klubunun mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçunun çarpaz bağları qopub. O, Şotlandiya çempionatında “Hibernian”a məğlub olduqları oyunda stadionun reklam lövhəsi ilə toqquşaraq zədələnib. Hücumçunun uzun müddət yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
Ötən ilin yayında “Everton”dan 8 milyon funt-sterlinqə transfer olunan Y. Çermiti Qlazqo təmsilçisində uğurlu mövsüm keçirmişdi. O, Şotlandiya çempionatında vurduğu 15 qolla bombardirlər yarısında 4-cü yeri tutmuşdu.
“Mavilər” keçən həftə “Qalatasaray”ın hücumçu üçün təklif etdiyi 25 milyon avronu rədd etmişdi. Zədədən sonra futbolçunun bu yay klubdan ayrılmaq ehtimalı minimuma enib.