“Qalatasaray”ın istədiyi ulduz futbolçu seçimini etdi

28.05.2025

Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

"Bavariya"nın yarımmüdafiəçisi Leroy Sane karyerasını "Tottenhem"də davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, futbolçunun nümayəndələri yarımmüdafiəçini İngiltərə klubuna təklif ediblər. Bildirilir ki, futbolçu Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"ın 4 illik müqavilə qarşılığında 100 milyon avroluq təklifini rədd edib.

Qeyd edək ki, futbolçunun "Bavariya" ilə müqaviləsi mövsümün sonunda yekunlaşır. Tərəflər maddi məsələlərdə razılığa gələ bilməyiblər. İddialara görə, “Qalatasaray” klubu da futbolçunu transfer etmək istəyir. “Qalatasaray”ın futbolçuya “Bavariya”dan daha çox maaş təklif etdiyi irəli sürülür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью