“Qalatasaray”ın keçmiş müdafiəçisi məşqçi oldu

13.08.2026

Icma.az, futbolpress-az saytına istinadən bildirir.

Kot-d’ivuarlı müdafiəçi Serj Orie peşəkar futbolçu karyerasını başa vurub və məşqçiliyə başlayıb.

Futbolpress.az xəbər verir ki, 2024-cü ilin fevralında “Qalatasaray”a keçən oyunçu klubun heyətində Türkiyə Superliqasında cəmi 4 matçda meydanda olub.

Cəmi beş ay sonra İstanbul klubu ilə müqaviləsi ləğv edilən təcrübəli müdafiəçi İranın “Persepolis” komandasına transfer olunmuşdu. Orada da uzun müddət qala bilməyən Orie butslarını “asmaq” qərarına gəlib.

31 yaşlı keçmiş futbolçu yetirməsi olduğu Fransanın “Lans” klubuna qayıdıb. O, təmsilçinin U-19 komandasında köməkçi məşqçi kimi fəaliyyətə başlayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью