“Qalatasaray”ın keçmiş vitse prezidenti həbsdən çıxdı

11.06.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Türkiyənin “Qalatasaray” klubunun keçmiş vitse-prezidenti Erden Timurla bağlı yeni qərar qəbul olunub.

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamının həbsdən azad olunmasına qərar verilib.

Qeyd edək ki, Erden Timur 2025-ci il dekabrın 29-da futbolda qanunsuz mərc araşdırması çərçivəsində saxlanıldıqdan sonra həbs edilmişdi.

Bildirilirdi ki, Timurun işi polis araşdırmasından sonra əsas istintaqdan ayrılaraq Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Bürosuna göndərilib. O, “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması” ittihamı ilə həbs olunmuşdu.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью