“Qalatasaray”ın müdafiəçisi Fransa klubuna keçdi

22.08.2026

Icma.az, Lent az saytına istinadən bildirir.

Fransanın “Havr” klubu “Qalatasaray”ın müdafiəçisi Elias Yelertin icarə əsasında transfer olunduğunu rəsmən açıqlayıb.

Lent.az xəbər verir ki, klubun rəsmi saytında yayılan məlumata görə, 23 yaşlı danimarkalı futbolçu Fransa komandasında 12 nömrəli forma ilə çıxış edəcək.

“Transfermarkt” portalı Yelertin bazar dəyərini 5 milyon avro qiymətləndirir.

Müdafiəçi ötən mövsümü də icarə əsasında İngiltərənin “Sauthempton” klubunda keçirib. O, bütün turnirlərdə 11 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью