“Qalatasaray”ın prezidenti ona yeni müqavilə təklif edəcək

12.10.2026

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

“Qalatasaray” baş məşqçisi Okan Burukla müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Klubun prezidenti Dursun Özbek yaxın zamanda mütəxəssislə görüşüb, ona yeni anlaşma təklif edəcək.

“Qalatasaray” rəhbərliyi Burukun işindən razıdır. O, 2022-ci ildən komandaya rəhbərlik edir.

“Cim-bom” Super Liqada onun başçılığı altında ardıcıl dörd mövsüm çempion olub. Komanda hazırda da çempionatda 16 xalla liderdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью