Qalatasarayın sabiq futbolçusu karyerasını bitirib

12.11.2024

Icma.az, Bizim media saytına istinadən bildirir.

Fransa millisinin və Türkiyənin "Qalatasaray" klubunun sabiq futbolçusu Bafetimbi Qomis karyerasını bitirib.
Bizim.Media xəbər verir ki, bu ilin sentyabr ayında klubsuz qalan hücumçu futbolla vidalaşıb. O, son olaraq Yaponiyanın "Kavasaki Frontale" komandasında çıxış edib.
Qeyd edək ki, Bafetimbi Qomis karyerası ərzində "Qalatasaray"la yanaşı, ölkəsinin "Lion" və "Marsel" komandalarının, eləcə də İngiltərənin "Suonsi" klubunun formasını geyinib. O, Fransa millisinin heyətində 12 oyunda 3 qolla yadda qalıb.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью