“Qalatasaray”ın sabiq futbolçusu karyerasını bitirib AZƏRTAC

24.01.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 24 yanvar, AZƏRTAC

Braziliya millisinin və Türkiyənin “Qalatasaray” komandasının sabiq futbolçusu Felipe Melo karyerasını bitirib.

AZƏRTAC xəbər verir ki, bu barədə 41 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.

Son olaraq ölkəsinin “Fluminense” komandasında çıxış etmiş keçmiş futbolçu yazıb: “Bu gün həyatımın ən önəmli dövrlərindən birini bitirirəm. Futbolçu karyeramı başa vururam”.

Qeyd edək ki, Felipe Melo karyerası ərzində “Qalatasaray”la yanaşı, İtaliyanın “Yuventus” və “İnter” kimi tanımış komandalarının da formasını geyinib. O, Braziliya millisinin heyətində 22 matçda 2 qolla yadda qalıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью