Qalatasarayın sabiq müdafiəçisi özünə yeni klub tapıb

13.11.2024

sport24.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu ilin iyununda "Qalatasaray"dan ayrılan Patrik van Anholtun yeni klubu bəlli olub. Sport24.az xəbər verir ki, niderlandlı müdafiəçi ölkəsində çıxış edəcək.

O, yüksək liqa təmsilçisi "Sparta" (Rotterdam) ilə 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Niderland millisinin sabiq üzvü 2021-2024-cü illərdə "Qalatasaray"da çıxış edib. O, İstanbul klubunda 62 oyunda 3 qol, 5 assistlə yadda qalıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью