“Qalatasaray”ın sabiq üzvü futboldan uzaqlaşdırıldı

24.08.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

İranın “Persepolis” klubunun üzvü Serj Orye Hepatit B xəstəliyinə yoluxduğu üçün futboldan kənarlaşdırılıb.

Globalinfo.az Teleqraf-a xəbər verir ki, bu barədə İran Futbol Federasiyası bəyanət yayıb.

“Serj Oryenin hər hansı bir futbol fəaliyyətində, o cümlədən klubunun məşqlərində iştirak etmək, əlavə təlimatlar alınana qədər qadağan edilib”, – deyə bildirilir.

32 yaşlı müdafiəçinin 6 ay müddətində müalicə alacağı deyilir.

Qeyd edək ki, Serj Orye 2024-cü ilin yayından Türkiyə “Qalatasaray”ın ayrıldıqdan sonra azad agent statusunda idi. O, iyulun 31-də “Persepolis” 1 illik müqavilə bağlayıb. Orye karyerası ərzində Fransada “Lans”, “Tuluza”, PSJ, İngiltərədə “Tottenhem”lə “Nottingem Forest”, İspaniyada isə “Vilyarreal”ın şərəfini qoruyub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью