“Qalatasaray”ın tarixində rekord transfer qeydə alınıb

02.09.2025

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 2 sentyabr, AZƏRTAC

Türkiyənin “Qalatasaray” komandasının tarixində rekord transfer qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, İstanbul təmsilçisi Uğurcan Çakır üçün “Trabzonspor”a 33 milyon avro bonservis və əlavə olaraq 3 milyon avro bonus ödəyib. Bu məbləğ klubun tarixində rekord bonservis kimi qeydə alınıb.

Qapıçı “cim-bom”la 2029/2030-cu illər mövsümünün sonuna qədər müqavilə imzalayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью