Qalatasarayın ulduzu İtaliya nəhənginin hədəfində

21.12.2024

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

"Qalatasaray"ın ulduzu İtaliya nəhənginin "radarı"na düşüb. 

Redaktor.az xəbər verir ki, "Milan" Hakim Ziyeşi heyətinə cəlb etmək istəyir. Bu barədə İtaliya mətbuatında "Milan News" məlumat yayıb.

Futbolçu son zamanlar Okan Burukun az şans verdiyi oyunçuların siyahısında yer alıb. Bu səbəbdən mərakeşli ulduzun yanvarda gedişi gözlənilir.

Qeyd edək ki, Ziyeş "Cim-Bom"da 34 matçda meydana çıxıb və 8 qola, 5 məhsuldar ötürməyə imza atıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью