“Qalatasaray”ın ulduzu nəhənglərin gündəmində

24.10.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Qalatasaray"ın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakov Avropa nəhənglərinin diqqət mərkəzinə düşüb.

“Yeni Sabah” xəbər verir ki, "Arsenal" və "Liverpul" 21 yaşlı futbolçunun transferində ciddi maraqlıdır.

Hər iki klubun nümayəndələri gənc oyunçunun çıxışını yerində izləmək məqsədilə Fransaya yollanıblar. "Sarı-qırmızılar"ın 4:2 hesablı qalibiyyəti ilə yekunlaşan qarşılaşmada fərqlənməyi bacaran Batrakov nümayiş etdirdiyi performansla britaniyalı skautlarda müsbət təəssürat yaradıb. pizza sifarişi

Rusiya təmsilçilərinə tətbiq edilən beynəlxalq sanksiyalara görə Premyer Liqa klubları yarımmüdafiəçini birbaşa "Lokomotiv"dən heyətlərinə qata bilmirdilər. Lakin 25 milyon avro tazminat qarşılığında "Qalatasaray"a keçməsi bu hüquqi maneəni aradan qaldırmış oldu.

"Qalatasaray" forması ilə çıxış etdiyi 6 matçda Batrakov 2 qol və 2 məhsuldar edib. 

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью