“Qalatasaray”ın ulduzu üçün 30 milyon avroluq təklif

27.11.2026

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Qalatasaray”ın futbolçusu Yunus Akgün Rusiya klublarının maraq dairəsinə düşüb.

Apasport.az xəbər verir ki, Moskva ÇSKA-sı və “Zenit” Türkiyə millisinin üzvünü heyətinə qatmaq istəyir.

Hər iki klubun 30 milyon avroluq transfer paketi ilə İstanbul təmsilçisinə müraciət etməyə hazırlaşdığı bildirilir.

Yanvar ayında “Qalatasaray”dan ayrılmaq istəməyən futbolçu yekun qərarı klub rəhbərliyinin ixtiyarına buraxıb.

Qeyd edək ki, “Qalatasaray”ın kapitanlarından olan Yunus Akgün klubun yetirməsidir. 2018-ci ildə əsas komandaya yüksələn 26 yaşlı futbolçu icarə əsasında “Adana Dəmirspor” və İngiltərənin “Lester” klublarında da çıxış edib. 2024-cü ilin yayında İstanbul təmsilçisinə qayıdan Akgünün müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.

Dursun Özbəkdən iddialı açıqlama: Hədəf beşinci çempionluqdur "Qalatasaray"ın qolu sayılmamalı idi" - MHK açıqladı FIFA kiberhücuma məruz qaldı – Məxfi məlumatlar ələ keçirildi PSJ-nin qapıçısı ayrılmaq istəyir “Beşiktaş” – “Qalatasaray” derbisinin hakimi bəlli oldu
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью