“Qalatasaray”ın yeni transfer hədəfi

29.10.2026

Icma.az xəbər verir, Sportal.az saytına əsaslanaraq.

Braziliya millisinin və “Flamenqo”nun müdafiəçisi Leo Pereyra karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı futbolçuya “Qalatasaray” maraq göstərir.

Türkiyə çempionu “Flamenqo”nun futbolçusu üçün artıq hərəkətə də keçib. Braziliya klubu onun üçün 12 milyon avro tələb edir.

Pereyranın hazırkı klubu ilə müqavilə müddəti 2027-ci il dekabrın 31-nə qədərdir. Leo “Atletiko Paranaense”, “Nautiko”, “Orlando”(ABŞ) klublarının formasını geyinib.
 

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью