Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Bir müddət əvvəl paytaxtın Nizami rayonunda, həmçinin Xırdalan şəhərindəki tikinti meydançalarında qaldırıcı qurğuların qırılması nəticəsində işçilər həyatlarını itiriblər.
Bu hadisələr bir daha sözügedən qurğuların təhlükəsizliyi məsələsini gündəmə gətirdi.
Mühəndis Əsəd Məmmədov mövzu ilə bağlı Baku TV-yə danışarkən bildirib ki, bədbəxt hadisələrin baş verməsinə səbəb çox vaxt səhlənkarlıq olur:
"2-3 dəfə mən də belə halların şahidi olmuşam. Ya fəhlələr səhlənkarlıq edirlər, ya da sürücülər kranı harasa çırpırlar".
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev isə bildirib ki, qaldırıcı qurğuları idarə edənlər sertifikasiyası olan şəxslərdir:
"Onların bu qurğuları idarə etmək üçün hüquqları olur. Nasazlıq olduğu zaman texniki xidmətin göstərilməsi yalnız ixtisaslaşmış müəssisə tərəfindən həyata keçirilir".