Qalib dövlətdən mükafat almaq ikiqat şərəflidir Məmmədbağır Əliyev

08.04.2025

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycan Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilmiş akademik Məmmədbağır Əliyev bu əlamətdar hadisə ilə bağlı təəssüratlarını bölüşüb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, dünya şöhrətli onkoloq 70 illik yubileyi günündə bu xəbəri böyük sevinclə qarşılayıb.

O, qalib dövlətdən mükafat almağın ikiqat şərəfli olduğunu vurğulayıb.

“Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək mükafata layiq görülmək mənim üçün böyük şərəfdir. Azərbaycanın qalib statusunda olması bunu daha da sevincli edir”, – M.Əliyev bildirib.

Onun sözlərinə görə, təcrübəni bölüşmək çox vacibdir: “Bu gün Rusiyada 15 klinikada eyni üsulla əməliyyatlar aparılır. Biz Rusiyada, MDB-də ciddi komanda yaratmışıq. Azərbaycanda Cəmil Əliyev və Əhliman Əmiraslanovun da əla məktəbləri var. Biz vahid protokol əsasında, vahid komanda şəklində işləyirik”.

Qeyd edək ki, Məmmədbağır Əliyev azərbaycanlı və rusiyalı onkoloq-həkim, professor, tibb elmləri doktoru, Rusiya Elmlər Akademiyasının akademikidir. O, Ümum-Rusiya Azərbaycan Konqresinin ilk prezidenti (2001 – 2016) olub. O həm də “Dostluq” ordeni sahibidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью