“Qalib gəlmək üçün heç nə etmədik” Elmar Baxşıyev

30.11.2025

Icma.az, Qol.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Qalib gəlmək üçün heç nə etmədik” - Elmar Baxşıyev

Misli Premyer Liqasının 13-cü turunda "Araz-Naxçıvan" səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə məğlub olub.

QOL.az xəbər verir ki, "Araz-Naxçıvan" komandasının baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilmiş mətbuat konfransında oyun barədə fikirlərini bölüşüb.

- Ağır oyun oldu. Rəqibin təzyiqini gözlədiyimizdən daha çox hiss etdik. İlk hissədə oyunun nəzarəti bizdə olsa da, fasilədən sonra üstünlüyü əldən verdik. Bu, ağır məğlubiyyətdir. Komanda olaraq toparlanmalı və növbəti turlara ciddi hazırlaşmalıyıq.

Baş məşqçi xal itirməkdən daha çox, komandasının məğlubiyyətindən məyusluğunu da gizlətməyib:

"Mənim "Qəbələ" ilə heç bir prinsipiallığım yoxdur. Məni sadəcə komandanın oyundan qopması məyus etdi. Rəqib qələbəyə layiq idi. Biz isə qalib gəlmək üçün heç nə etmədik".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью