“Qalib gəlməsəydik, ölkəmizi həqiqətən də itirə bilərdik”

23.01.2025

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ lideri Donald Tramp prezidentliyinin ikinci dövründə ilk müsahibəsini verib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, əsasən daxili siyasət məsələlərinin müzakirə edildiyi müsahibədə Tramp xələfi Co Baydeni və onun administrasiyasının qərarlarını tənqid edib.

Trampın sözlərinə görə, 2020-ci il seçkilərində uduzmasaydı, ABŞ-də inflyasiya olmayacaqdı, həmçinin Rusiya-Ukrayna müharibəsi və digər böhranlar heç vaxt baş verməyəcəkdi. O, bütün bu hadisələrin Bayden administrasiyasının “zəifliyi” səbəbindən olduğunu deyib: “Sadaladığım bütün problemlər həll edilə bilər. Amerikanı yenidən qazana bilərik, amma bu seçkilərdə qalib gəlməsəydik, ölkəmizi həqiqətən də itirə bilərdik”.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью