Fanat portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Barselona"nın vingeri Rafinya PSJ-nin futbolçusu Usman Dembeleyə təqdim olunan "Qızıl top" mükafatını daha çox haqq etdiyini deyib.
Fanat.Az xəbər verir ki, onun sözlərini "Sofascore News" belə çatdırıb:
"Özümü birinci yerə qoyardım! Bu səs-küyü bitirmək lazımdır. Fərdi mükafat yalnız bir turnirdəki nəticəyə görə verilə bilməz. Fikrimcə, birinci yeri haqq edirdim. Mövsüm ərzində ortaya qoyduğum performans, qazandığım titullar, imza atdığım göstəricilər nəzərə alınmalıydı. Dembele Çempionlar Liqasındakı çıxışına görə "Qızıl top"u qazandı. Lamin Yamal da əla mövsüm keçirmişdi, amma bütün turnirlər nəzərə alınsaydı, qalib mən olmalıydım".
Xatırladaq ki, Rafinya səsvermədə 5-ci yeri tutmuşdu.
Nihat