Qalib Salahzadənin dəniz kənarındakı KONKRET

03.02.2026

Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin sabiq deputatı Qalib Salahzadənin paytaxtın Bilgəh qəsəbəsində obyektlərinin söküntüsünə başlanılıb.

KONKRE.az xəbər verir ki, faktı “Teleqraf”a açıqlamasında Q.Salahzadənin özü təsdiqləyib.

Onun sözlərinə görə, obyektlər ona məxsusdur və ayrı-ayrı adamlara icarəyə verilib.

“Obyektlər Sabunçu Rayon İcra Hakimiyyətinin göstərişi ilə sökülür. Mənə məxsus tikililərin ümumi sahəsi 1 200 kvadrat metrdən çoxdur. Dedilər ki, bura hörmətli bir adamın evinə yaxındır, sökülməlidir. Hələlik bir tikilini söküblər və xəbərdarlıq ediblər ki, digərlərini özümüz sökək. Mən də sökməyəcəyəm”, – deyə Q.Salahzadə bildirib.

Xatırladaq ki, daha öncə də Q.Salahzadənin Bilgəhdəki bir neçə obyekti sökülüb, villasının qapısı daşla hörülüb. Obyektlərin yerləşdiyi ərazi dəniz kənarında yerləşir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью