Qalibaf: ABŞ nin İrana genişmiqyaslı hücumu gözlənilir

22.08.2026

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ danışıqlar bəhanəsi ilə İrana qarşı genişmiqyaslı hücum hazırlayır.

Hurriyyet.Media  xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf "X" sosial şəbəkə hesabında yazıb.

"Genişmiqyaslı hücum yaxınlaşır, gözləyin, yox, heç nə, onlar danışıqlar aparmaq istəyirlər. Bu, təkrarlanan teatral diplomatiyadır", - Qalibaf bildirib.

Onun sözlərinə görə, İran ABŞ-nin hədələrindən qorxmur: "Hədə-qorxu + yerinə yetirilməmiş vədlər + saxta xəbərlərdən rıçaq kimi istifadə edilməsi - iflasa uğramış strategiyadır.

Faktları qəbul edin və öhdəliklərinizi yerinə yetirin. Bizə daha teatr lazım deyil".

Xatırladaq ki, İranla Oman arasında Hörmüz boğazında gəmiçiliyə dair sazişin imzalanması gözlənilir. Tehrandan bildirilib ki, yeni tədbirlər planında ABŞ və İsraillə əlaqəli gəmilərin Hörmüz boğazından keçidi qadağan olunacaq.

"Reuters"də yayılan məqalədə isə bildirilib ki, İran və Oman tərəfindən təklif edilən və Hörmüz boğazında gəmiçiliyə Tehranın nəzarətinin gücləndirilməsini nəzərdə tutan plan ABŞ sanksiyaları və sığorta sahəsindəki məhdudiyyətlər səbəbindən praktiki olaraq icraedilməzdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью