Qalibaf: ABŞ nin məqsədi İranı tərksilah etməkdir

29.03.2025

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu yolla İran xalqını aldatmaq və ya qorxutmaq olmaz.

Ölkə.Az xəbər verir ki, bunu İran parlamentinin sədri Muhəmməd Qalibaf deyib.

İranın təcrübəsini, hərbi hazırlığını və müdafiə qabiliyyətini vurğulayan parlament sədri bəyan edib ki, İran heç bir təhlükədən qorxmur.

“Amerikalılar özləri də bunun nə qədər həssas olduqlarını anlayırlar. Əgər onlar İranın sərhədini pozsalar, bu, barıt çənindəki qığılcım kimi olacaq və bütün bölgəni partlatacaq. Onda onların və müttəfiqlərinin bazaları təhlükəsiz olmayacaq", - Qalibaf  bildirib.

O eyni zamanda bildirib ki, ABŞ-nin danışıqların arxasındakı gizli məqsədinin İranı tərksilah etmək dayanır.

Mürtəza
Ölkə.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью