Icma.az, Gununsesi portalına istinadən məlumat verir.
“Əgər ABŞ İranın enerji obyektlərinə hücum etsə, biz də ona hücum edəcəyik”
Gununsesi.info xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-nin müharibə naziri Pit Heqsetin son təhdid və ritorikasına cavab olaraq deyib.
“Məsələ sadə və başadüşüləndir: bu bölgədə neft-qaz hasilatı zənciri geniş və dağınıq, əlçatan və həssasdır. Bu sularda və obyektlərdə fəaliyyət göstərən ABŞ-nin neft-qaz şirkətləri üçün də durum eyni dərəcədə həssasdır. Əgər bizim obyektlərimizə hücum etsəniz, sizə də hücum ediləcək. Biz artıq öz qabiliyyətimizi sübut etmişik. Hazırda işləməyən hərbi bazalarınızdan soruşun”, – o bildirib.