Qalibaf ABŞ yə xəbərdarlıq etdi: “Fərqli İran görəcəksiniz”

11.06.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ-yə və onun müttəfiqlərinə xəbərdarlıq edərək bildirib ki, yanlış strategiyalar və tələsik qərarlar regionda vəziyyəti daha da ağırlaşdıracaq.
Bizim.Media xəbər verir ki, Qalibaf bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
 

“Yanlış strategiyalar və düşünülməmiş qərarlar bütün vəziyyəti daha pis istiqamətə dəyişəcək, enerji infrastrukturunu və bazarları sarsıdacaq, sizi illərlə içində qalacağınız sonsuz bir bataqlığa sürükləyəcək”, - deyə o qeyd edib.


İran parlamentinin sədri əlavə edib ki, belə addımların nəticəsində beynəlxalq ictimaiyyət fərqli bir İranla qarşılaşacaq.
“Siz fərqli bir İran görəcəksiniz”, - deyə Qalibaf vurğulayıb.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью