Qalibaf: Amerikalılar müharibəyə “yox” dedi

04.11.2026

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-də keçirilən aralıq seçkilərin nəticələrinin amerikalıların müharibəni rədd etdiyini göstərdiyini bildirib.

Gununesi.info xəbər verir ki, Qalibaf bu barədə “X” sosial şəbəkəsində yazıb.

Qalibaf seçkilərin nəticələrini ABŞ əhalisinin yaşayış xərcləri ilə bağlı narahatlığı və ölkənin xaricdə hərbi əməliyyatlarda iştirakına qarşı mövqeyi ilə əlaqələndirib.

“İstər vicdanlarına, istərsə də yaşayış xərclərinə görə amerikalılar müharibəyə “Yox” dedilər və biz bu mesajı dəstəkləyirik”, – İran parlamentinin sədri bildirib.

O, ABŞ administrasiyasına xəbərdarlıq da edib.

“Əgər ABŞ hökuməti beynəlxalq himayədarlara və şantajçılara xidmət etmək üçün öz xalqının iradəsinə xəyanət etsə, bizim “Yox” cavabımızın kabusla müşayiət olunduğunu anlayacaq”, – Qalibaf vurğulayıb.

Gununesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью