Qalibaf amerikalıları dəstəklədi

04.11.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vicdanlarının səsinə və ya həyat səviyyələri ilə bağlı narahatlıqlarına qulaq asan amerikalılar "Müharibəyə yox" dedilər və biz də bu mövqeyi dəstəkləyirik.

Axar.az xəbər verir ki, bu barədə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf özünün X hesabında ABŞ-da keçirilən aralıq seçkilərinin nəticələri ilə bağlı yazıb.

“Əgər ABŞ hökuməti beynəlxalq kukla idarəçilərinə və şantajçılara xidmət etmək naminə xalqın iradəsinə xəyanət edərsə, “Yox” cavabımızın əsl kabusa çevriləcəyini anlayacaq”, - Qalibaf bildirib.

Qeyd edək ki, ABŞ-da keçirilən aralıq seçkilərdə demokratlar qalib gəlir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью