Qalibaf Bağdada gedir

19.08.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İraqa iki günlük səfər edəcək. Bu barədə “Iran International” xəbər portalı İraqdakı səfiri Məhəmməd Kazım Al-e Sadeqə istinadla məlumat yayıb.

Səfirin sözlərinə görə, Qalibaf İraqın yüksək vəzifəli rəsmiləri, o cümlədən Prezident Nizar Amidi, Baş nazir Əli əl-Zeydi, parlament sədri və Ali Məhkəmə Şurasının rəhbəri ilə görüşlər keçirəcək. Bu barədə İran parlamentinin sədri özünün “Telegram” kanalında paylaşım edib: “Hörmüz boğazının açılması üçün ABŞ İrana qarşı blokadanı aradan qaldırmalı, sanksiyaları ləğv etməli və İranın dondurulmuş aktivlərini sərbəst buraxmalıdır”.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью