Qalibaf: Danışıqlar da mübarizənin bir formasıdır

23.09.2026

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf diplomatiya və danışıqların mübarizədən geri çəkilmək anlamına gəlmədiyini bildirib.

Modern.az xəbər verir ki, Qalibaf danışıqları İranın qarşıdurmadan çıxması deyil, mübarizənin başqa müstəviyə keçirilməsi kimi xarakterizə edib.

“Danışıqların məqsədi İranın mübarizədən çıxması deyil. Məqsəd mübarizənin bir meydanından diplomatiya adlanan digər meydana keçməkdir”, – o deyib.

Qalibafın sözlərinə görə, diplomatiyanın əsas funksiyası hərbi müstəvidə əldə olunan üstünlükləri siyasi nəticələrə çevirməkdir.

“Diplomatiya döyüş meydanında əldə edilən gücün siyasi nailiyyətlərə çevrilməsidir”, – İran parlamentinin sədri vurğulayıb.

Qalibaf daha əvvəl də danışıqları “mübarizə üsulu” kimi qiymətləndirərək İranın diplomatiyanı güc mövqeyindən aparmalı olduğunu bildirmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью