Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Əgər biz neft satmasaq, başqa heç kim satmayacaq”.
“Cebheinfo.az”-ın məlumatına görə, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf belə deyib.
Parlamentin spikeri sərt xəbərdarlıq edərək bildirib ki, əgər Tehran neftini ixrac edə bilməsə, regiondakı digər ölkələr də enerji ehtiyatlarını sərbəst şəkildə sata bilməyəcəklər.
Onun sözlərinə görə, İranın təhlükəsizliyi təmin olunmazsa, regiondakı heç bir infrastruktur obyekti də təhlükəsiz hesab edilə bilməz.
Qalibaf xüsusilə Hörmüz boğazı ətrafındakı vəziyyətə toxunaraq, onun gələcəyinin Amerika qoşunlarının bölgədəki mövcudluğundan asılı olduğunu qeyd edib.
Eyni zamanda, o, boğazdakı vəziyyətin müharibədən əvvəlki vəziyyətinə qayıtmayacağını bildirib.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin