Qalibaf: İslam ölkələri yeni bir nizam qurmalıdır

24.06.2026

Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qərbi Asiya və İslam ölkələri öz imkan, resurs və xalqına arxalanan yeni bir nizam qurmalıdır.

Moderator.az xəbər verir ki, bunu İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf Bakıda türkiyəli həmkarı Numan Kurtulmuşla görüşdə deyib.

İran mediasında yayılıan məlumata görə, artıq Tehrana qayıdan Qalibaf İrana qarşı aparılan 40 günlük müharibədən sonra ABŞ-nin gücünün azaldığını və Yaxın Şərqdə gərginliyi İsrailin yaratdığını bildirib.

N. Kurtulmuş vurğulayıb ki, İrana qarşı müharibənin heç bir beynəlxalq legitimliyi yox idi: "Biz İran hökumətinin və xalqının yanındayıq, Türkiyəni kədərinizə şərik hesab edin".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью