Qalibaf livanlı həmkarı ilə danışdı

02.06.2026

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Livan parlamentinin sədri Nəbih Berri ilə telefon danışığı aparıb.

Tərəflər görüş zamanı İsrailin Livana hücumlarını və regiondakı son vəziyyəti müzakirə ediblər.

"Cebheinfo.az" xəbər verir ki, Qalibaf sosial media hesabında telefon danışığı ilə bağlı paylaşım edərək bildirib ki, ABŞ ilə müharibənin dayandırılmasına yönəlmiş mümkün razılaşma Livan başda olmaqla bütün cəbhələrdə hücumların dayandırılmasını da əhatə etməlidir.

O qeyd edib ki, İran İsrailin Livana qarşı həyata keçirdiyi hücumları yaxından izləyir.Qalibaf vurğulayıb ki, əgər İsrailin Livandakı əməliyyatları davam edərsə, İran yalnız dialoq prosesini dayandırmaqla kifayətlənməyəcək, həm də buna qarşı tədbirlər görəcək.

“Qardaşım, Livan Parlamentinin sədri cənab Nəbih Berri ilə görüşdə vurğuladım ki, əgər sionist rejimin Livandakı cinayətləri davam edərsə, biz yalnız dialoq prosesini dayandırmaqla kifayətlənməyəcək, həm də buna qarşı çıxacağıq”, - deyə Qalibaf bildirib.İran rəsmisi paylaşımında daha sonra aşağıdakı ifadələrə yer verib:

“Yaşasın müqavimət! Yaşasın vətənin müdafiəsi! Yaşasın İran və Livan xalqlarının qardaşlığı!”

Livan parlamentinin sədri Nəbih Berri isə İranın Livanla bağlı məsələlərdə tutduğu mövqeyi unutmayacaqlarını bildirib. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью