Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib

11.11.2026

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İranın Ali rəhbəri Müctəba Xamenei Çinlə əlaqələrə dair xüsusi tapşırıqlar verib.

"Report"un IRIB-yə istinadən məlumatına görə, bu barədə İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.

"ABŞ ilə müharibəyə və "nə müharibə, nə sülh" vəziyyətinə son qoyulmasında Çinin rolu qabarıqdır", - o deyib və əlavə edib ki, bölgədə sabitliyin artırılmasında Çinin müsbət fəaliyyətindən istifadə fürsəti yaranıb.

Xameneidən sitat gətirən Qalibaf vurğulayıb ki, Çinlə əməkdaşlıq formal razılaşmalarla məhdudlaşmamalıdır:

"İran və Çinin 25 illik hərtərəfli əməkdaşlıq proqramı icra layihələrinə çevrilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью