Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir

29.04.2026

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp iqtisadi təzyiq və daxili münaqişələri qızışdırmaq yolu ilə İranı məhv etməyə çalışır.

Teleqraf xəbər verir ki, bu barədə İran parlamentinin sədri və ABŞ ilə danışıqlarda nümayəndə heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf bildirib.

"Tramp ölkəni açıq şəkildə radikallar və mötədillər kimi bölür, daha sonra dərhal dəniz blokadasından bəhs edir. O, iqtisadi təzyiq və daxili qarşıdurmaları alovlandırmaqla İranı təslim olmağa məcbur etmək istəyir",- o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью