Qalibaf və Əraqçi Qətərdə

25.05.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf və xarici işlər naziri Seyid Abbas Əraqçi Dohaya səfər ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbəyə istinadən məlumat yayıb. 

Məlumata görə, səfərin məqsədi ABŞ ilə mümkün razılaşma barədə Qətərin hökumət başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ilə məsləhətləşmələr aparmaqdır. 

Tərəflər arasında keçiriləcək görüş zamanı ABŞ-İran münaqişəsinin dayandırılması yollarının müzakirə ediləcəyi bildirilir.

Məsləhətləşmələrdə əsas diqqət Hörmüz boğazı ətrafındakı vəziyyətə və İranda yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarına yönəldiləcək.

İran nümayəndə heyətinin tərkibinə həmçinin İranın Mərkəzi Bankının rəhbəri daxildir. Onun yekun razılaşma çərçivəsində dondurulmuş İran aktivlərinin mümkün aradan qaldırılmasının müzakirəsində iştirak edəcəyi gözlənilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью