Qalibaf və Vens memorandumun imzalanmasında iştirak edəcəklər

16.06.2026

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf iyunun 19-da Cenevrədə ABŞ ilə memorandumun imzalanmasında iştirak edəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Məcid Taxt-Rəvançi məlumat verib.

"İmzalama mərasiminin elektron formatda keçirilib-keçirilməyəcəyi hələlik məlum deyil. İmzalanmadan sonra növbəti müzakirələr başlayacaq. ABŞ tərəfindən prosesdə vitse-prezident Cey Di Vens, İran tərəfindən isə Qalibaf iştirak edir", — deyə "Tasnim" agentliyi onun sözlərini sitat gətirir.

Məryəm Quliyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью