Qalibafdan ABŞ yə sərt mesaj: “Düşmənə ağlasığmaz zərbə vurmağa hazırıq”

26.10.2026

Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ-yə qarşı sərt bəyanatla çıxış edib.

Sherg.az xəbər verir ki, Qalibaf parlament iclasında çıxışı zamanı Vaşinqtona deyəcəkləri yeni sözlərinin olmadığını bildirib və ABŞ-nin İranda “bataqlığa saplandığını” iddia edib.

“Düşmənə ağlasığmaz dərəcədə cavab verməyə hazırıq”, - deyə Qalibaf vurğulayıb.

O bildirib ki, ABŞ müxtəlif təzyiq vasitələrindən, o cümlədən mediadan istifadə etməklə İran xalqını təslim olmağa məcbur edə biləcəyini düşünür. Qalibafın sözlərinə görə, İran Pəhləvilər sülaləsinin hakimiyyəti dövründəki ölkə deyil və heç bir xarici qüvvənin İran ərazisində hökmranlıq etməsinə imkan verilməyəcək.

Parlament sədri, həmçinin İrana qarşı genişmiqyaslı hücum və sui-qəsd təhdidlərinin ölkə xalqını öz maraqlarından imtina etməyə vadar etməyəcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью