Qalibafdan Trampın açıqlamasına reaksiya

25.08.2026

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf ABŞ Prezidenti Donald Trampın Tehrana qarşı iqtisadi təzyiq siyasəti ilə bağlı açıqlamalarına münasibət bildirib.

Modern.az xəbər verir ki, Qalibaf bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O iddia edib ki, İranın əsas ticarət tərəfdaşları Trampın bəyanatlarını ciddi qəbul etmir və bu barədə Tehrana müxtəlif kanallarla məlumat veriblər.

Onun sözlərinə görə, ABŞ-ın iqtisadi vəziyyəti Vaşinqtona digər ölkələrlə iqtisadi əlaqələri daha da məhdudlaşdırmağa imkan vermir.

Qalibaf bildirib ki, İranın tərəfdaşları həm media vasitəsilə, həm də birbaşa mesajlarla Trampın açıqlamalarına əhəmiyyət vermədiklərini Tehrana çatdırıblar.

Qeyd edək ki, Tramp daha əvvəl İrana qarşı “misli görünməmiş iqtisadi təcrid” siyasətinin tətbiq ediləcəyini açıqlayıb və İranı dəstəkləyən ölkələrin də iqtisadi nəticələrlə üzləşəcəyini bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью