Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb

13.10.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 oktyabr, AZƏRTAC

Qalileya dənizində su ehtiyatları son 100 ilin ən aşağı səviyyəsinə düşüb.

AZƏRTAC İsrailin TPS-IL informasiya xidmətinə istinadla xəbər verir ki, 2025-2026-cı illər mövsümündə göl hövzəsinə düşən yağıntının miqdarı uzunmüddətli orta göstəricinin təxminən 90 faizini təşkil edib.

Bununla yanaşı, sentyabr ayında Aralıq dənizində suyun qeyri-adi dərəcədə bulanıqlaşması İsrailin su təchizatında problemlərə səbəb olub. Nəticədə ölkədəki duzsuzlaşdırma zavodlarının demək olar ki, hamısının fəaliyyəti müvəqqəti dayandırılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью