Qalkini maşın vurdu

07.08.2025

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyalı komediya aktyoru və aparıcı Maksim Qalkini avtomobil vurub.

“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki, Qalkin ötən gün Latviyada yol qəzası keçirib.

İlkin məlumata görə, o, velosiped sürərkən “Volkswagen” markalı avtomobil ona çırpılıb.

Komediya ustası əlindən zədə alıb, şüşə qırıqları onun əlini kəsib. 

Qeyd olunur ki, sənətçi səhnədəki son konsertində əli sarğı ilə çıxış edib.

Xatırladaq ki, M. Qalkin məşhur müğənni Alla Puqaçova ilə ailəlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью