Qallaher “Atletiko”dan gedə bilər

25.11.2025

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qallaher “Atletiko”dan gedə bilər

İngiltərə Premyer Liqası təmsilçiləri “Atletiko”nun yarımmüdafiəçisi Konor Qallaheri qış transfer pəncərəsində heyətlərinə qatmaq üçün hərəkətə keçiblər.

QOL.az xəbər verir ki, Madriddə xoşbəxt olduğunu bildirməsinə baxmayaraq, 25 yaşlı futbolçu oyun təcrübəsinin azlığından narahatdır. Bu vəziyyət onun gələn yay keçiriləcək dünya çempionatında İngiltərə millisinə dəvət almasını çətinləşdirir.

İspaniya klubunun oyunçunu icarəyə vermək niyyətində olmadığı və yalnız daimi transfer təkliflərini nəzərdən keçirəcəyi bildirilir. “Atletiko”nun yarımmüdafiəçi üçün 2024-cü ildə “Çelsi”dən transfer edərkən ödədiyi məbləği, yəni minimum 35 milyon funt sterlinqi tələb etdiyi vurğulanıb.

Qeyd edək ki, Qallaherlə bir çox İngiltərə klubu maraqlansa da, iddiaçılar arasında “Çelsi”, “Arsenal”, “Liverpul” və “Mançester Siti”nin adının olmadığı vurğulanır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью