“Qalma ehtimalım 99 faizdir”

17.05.2026

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Qalma ehtimalım 99 faizdir”

Joze Mourinyo hazırkı müqaviləsi və gələcəyi ilə bağlı açıqlama verib.

QOL.az Portuqaliya mediasına istinadən xəbər verir ki, “Benfika”nın baş məşqçisi son günlər onun Madrid “Real”ına qayıdışı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Məni heç kim müqaviləmi uzatmağa məcbur etməyib. Müqavilədə elə bir bənd var ki, istəsəm ayrılmağım mümkündür. Klub prezidenti ilə heç bir problemim yoxdur.

Hazırda “Benfika”da qalma ehtimalım 99 faizdir, çünki hələ bir illik müqaviləm var. Klubdan müqavilənin uzadılması ilə bağlı təklif də almışam, amma hələ görməmişəm. Agentim bunun yaxşı təklif olduğunu deyib.

“Real”la bağlı isə hazırda konkret heç nə yoxdur. Amma hamımız başa düşürük ki, agentim Jorje Mendeslə klub rəhbərliyi arasında danışıqlar gedir”, – deyə Mourinyo bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью