Qalmaqal yaşayan azərbaycanlı məşhurlar qalada bir araya gəldi

13.10.2026

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Bir zamanlar qalmaqal yaşanan azərbaycanlı məşhurlar "44" bədii filminin qalasında bir araya gəliblər.

BAKU.WS xəbər verir ki, bu barədə aparıcı və prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında görüntülər paylaşıb.

O şəxsi instaqram hesabında "Azərbaycanfilm" kinostudiyasının baş redaktoru Ayaz Salayevlə Xalq artisti Röya Ayxanın birgə çəkilmiş kadrlarını yayımlayıb.

Tolik hər iki məşhur arasındakı incikliyin bitdiyini bəyan edib.

Xatırladaq ki, hər iki məşhur arasında ötən il Kann Film Festivalı zamanı qalmaqal yaşanıb.

Röya Ayxanın festivalda iştirakından danışan Salayev hər kəsin ora gedə biləcəyini qeyd etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью