Qalmaqallı boksçu çıxışını dayandırıb

21.08.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Boks üzrə 2024-cü il Olimpiadasının qalibi əlcəzairli idmançı İman Xəlif karyerasını dayandırıb.

Oxu.Az xəbər verir ki, bu barədə idmançının meneceri Nasser Yesfah "Nice Matin" portalına məlumat verib.

"İndi o, hər şeydən əl çəkib. Olimpiadada baş verənlərdən sonra boksla yenidən məşğul olmağa həvəs göstərmir. Yalnız Əlcəzairdə məşq edir və ya formada qalmaq üçün Qətərə gedir, amma bundan başqa heç nə etmir", - Yesfah deyib.

Xatırladaq ki, Xəlif 66 kq çəki dərəcəsində Olimpiadanın qalibi olub. Paris Olimpiadası başa çatdıqdan sonra idmançının gender testi açıqlanıb. Məlum olub ki, qadınlar arasında çempion olmuş transgender idmançı bütün fiziki göstəricilərinə görə qadın yox, kişidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью