Qalmaqallı hərəkətindən sonra mətbuat konfransına qatılmadı

03.04.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Fənərbaxça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə kubokunun 1/4 final mərhələsində “Qalatasaray”a 1:2 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransına qatılmayıb. 

QOL.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı məlumat verib.

Mənbənin verdiyi məlumata görə, Mourinyonun köməkçilərindən də heç biri onu mətbuat zalında əvəz etməyib.

Xatırladaq ki, matçdan sonra Joze Mourinyo burnundan tutub. Bu zaman Buruk üzünü tutaraq yerə yıxılıb.

Oyunda isə baş hakim Cihan Aydın ümumilikdə dörd qırmızı vərəqə göstərib. Uzatma dəqiqələrində “Qalatasaray”da Barış Yılmaz və Kerem Dəmirbay, “Fənərbaxça”dan isə Mert Yandaş qırmızı vərəqə alıb. Bundan əlavə, Mourinyo və onun köməkçiləri – Salvatore Foti və Sandro Zufik də qırmızı vərəqə ilə cəzalandırılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью