Qalmaqallı mayorun vəzifəsini icra edən şəxs kimdir? DOSYE

05.05.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, ötən günlərdə külli miqdarda rüşvət almaqda ittiham olunan Müdafiə Nazirliyinin istirahət evinin sabiq rəisi İlham Haqverdiyevin azadlığa buraxılması ictimai müzakirələrə səbəb olub. Bu fonda sözügedən vəzifəni hazırda icra edən Muraz Həsənovun fəaliyyəti xüsusi maraq doğurur.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata əsasən, Muraz Həsənov Gürcüstan Respublikasının Marneuli rayonunda anadan olub. Azərbaycan əsilli hərbi qulluqçu kimi o, uzun illər ərzində Azərbaycan Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət göstərərək zəngin təcrübə toplayıb.

Orta təhsilini Sumqayıt şəhərində alan Muraz Həsənov daha sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında ali təhsil alaraq ixtisaslı mütəxəssis kimi formalaşıb. Hərbi xidmətə başladığı ilk illərdən etibarən sıravi və texniki vəzifələrdə çalışaraq nizam-intizamı, məsuliyyəti və işə peşəkar yanaşması ilə seçilib.

Zaman keçdikcə o, komanda və idarəetmə sahəsində özünü doğruldaraq daha məsul vəzifələrə irəli çəkilib. Ehtiyat zabit hazırlığı və ixtisasartırma kurslarını uğurla başa vurması onun bilik və bacarıqlarını daha da təkmilləşdirib. Xidmət etdiyi müddətdə maddi-texniki təminatın təşkili, silah və sursatın hazırlanması, həmçinin təlim və texniki proseslərin koordinasiyası kimi mühüm istiqamətlərdə effektiv fəaliyyəti ilə diqqət çəkib.

Muraz Həsənov hərbi əməliyyatlar və xüsusi tapşırıqlar zamanı göstərdiyi peşəkarlıq, intizam və operativliyi ilə seçilərək rəsmi qaydada müxtəlif mükafatlara layiq görülüb. Onun xidmət yolu yalnız vəzifə icrası ilə deyil, həm də kollektivdə nüfuz qazanması, idarəetmə bacarıqları və məsuliyyətli yanaşması ilə səciyyələnir.

Hazırda mayor rütbəsi daşıyan Muraz Həsənov Müdafiə Nazirliyinin istirahət evinin rəisi vəzifəsini icra edir. Onun rəhbərliyi altında bu qurumda idarəetmənin daha sistemli təşkili, nizam-intizamın möhkəmləndirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində ardıcıl addımlar atılır.

Murad İsmayıl

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью